İraq müharibəsi
İraq müharibəsi — ABŞ və onun müttəfiqlərinin İraqa Səddam Hüseyn rejmini devirmək məqsədilə müdaxiləsi.
1980–1988-ci illər İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq, İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. İraq hökuməti sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. BMT-nin Təhlükəsizlik Şurası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən gecə şərti adı " "Səhrada tufan" " əməliyyatı ilə tərkibi əsasən ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır və qısa müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənir.
Bununla "ürəyi soyumayan" BMT-nin Təhlükəsizlik Şurası İraqa qarşı daha sərt tədbirlərə əl atır və müxtəlif sanksiyalar tətbiq etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır məhsulun çıxarılmasına ilk növbədə neftin və təbii qazın ixracına, eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xammalın, hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək məmulatların idxalına qadağa qoyulur.
1998-ci ilin dekabrında ABŞ və Böyük Britaniya hərbi hava və hərbi dəniz qüvvəlləri İraqı, ilk növbədə Bağdadı raket atəşinə tutur.
ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərdə İraqa qarşı hava hücumları, sonra tətbiq olunan BMT embarqosu 1996-cı ildə başlayan qida qarşılığı Neft proqramı ilə yumşaldıldı.
ABŞ-nin İraqa mümkün ola biləçək hərbi müdaxiləsi haqqında ilkin ehtimallar Kütləvi informasiya vasitələrində 2001-ci il 11 sentyabr hadisələrindən sonra peyda olmağa başladı.